Azərbaycanlı diaspor rəhbərinin evi bombardman olundu

17:23 | 18.02.2015
Azərbaycanlı diaspor rəhbərinin evi bombardman olundu

Azərbaycanlı diaspor rəhbərinin evi bombardman olundu

Azərbaycanın Ukraynanın Luqansk vilayəti üzrə diasporunun rəhbəri Rasim Uğurluyevin evi silahlılar tərəfindən bombardman edilərək dağıdılıb, özünün isə ailəsi ilə birgə Luqansk şəhərinə girişinə qadağa qoyulub.
 
Luqansk Vilayəti Azərbaycanlılar Konqresinin sədri Rasim Uğurluyev APA-ya açıqlamasında bildirib ki, o və ailəsi silahlılar tərəfindən Luqansk şəhərinə buraxılmır və daxil olacağı təqdirdə öldürüləcəkləri ilə hədələnirlər.
 
O qeyd edib ki, onun Luqansk şəhərinin mərkəzində, Şevçenko kvartalındakı evi də silahlılar tərəfindən bombardmana məruz qalaraq dağıdılıb: "Hazırda Kiyevdə qaçqın vəziyyətində yaşayırıq. Buna baxmayaraq, Luqansk vilayətində yaşayan azərbaycanlıların vəziyyəti ilə bağlı konqres üzvləri ilə sıx əlaqədəyik. Amma bütün biznesimiz və iş imkanlarımız Luqnaskda qaldığı üçün ciddi sıxıntılar yaşayırıq”.
 
R. Uğurluyev vəziyyətlə bağlı Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsini məlumatlandırdıqlarını da bildirib.
 
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən isə APA-ya bildiriblər ki, hadisə barədə məlumatlıdırlar, lazımi tədbirlərin görülməsi istiqmətində iş aparılır.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM