Azərbaycanlı diplomatın ailəsində faciə

15:02 | 12.05.2015
Azərbaycanlı diplomatın ailəsində faciə

Azərbaycanlı diplomatın ailəsində faciə

Azərbaycanlı diplomatın ailəsində faciə baş verib. 

ANS PRESS-in məlumatına görə, Sankt-Peterburqda yaşayan diplomat, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfir müavini Qüdsi Osmanovun qardaşı oğlu bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Diplomatın 13 yaşlı qardaşı oğlu hündürmərtəbəli binanın 12-ci mərtəbəsindən yıxılıb. Hadisə nəticəsidə uşaq dünyasını dəyişib. Onu Bakıya gətirərək dəfn ediblər.

Hadisə ilə əlaqədar Qüdsi Osmanovla əlaqə saxlamağa çalışsaq da, bu mümkün olmadı.

Qüdsi Osmanova və onun ailəsinə baş verən hadisə ilə əlaqədar başsağlığı veririk.

Allah rəhmət eləsin!

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM