Bu gün əsasən qərb dünyasında sevgililər günü qeyd olunur.Oxu.Az xəbər verir ki, orta əsrlərdən yaranmağa başlamış bu ənənənin qeyd olunduğu 14 fevral tarixində sevgililər bir-birinə hədiyyələr verir, təbrik edirlər.Azərbaycanda da son illər bu gün gənclər arasında fəal şəkildə qeyd olunur.Və artıq xarici ölkələrdə dəb olan qeyri-adi təbriklər silsiləsi ölkəmizə də gəlib çatıb.Belə ki, bu sürprizlərdən birini də Dövlət Pantomim Teatrının aktyoru Taley Yüzbəyov edib.O, bununla bağlı Facebook-dakı şəxsi səhifəsində bunları yazıb:“Axır vaxtlar məşğul olduğum iş bu videonu çəkmək və montaj etməkdən ibarət olub. Sən inciyirdin ki, sənə çox vaxt ayırmıram. Mən isə heç cür izah edə bilmirdim ki, sənə vaxt ayıra bilməməyimə səbəb elə sənlə bağlıdı. İndi məndən incimisən. Mənə cəza vermək qərarına gəlmişdin. Amma mənsə sadəcə səni təbrik etmək istəyirdim. Bayramın mübarək”.Həmin qeyri-adi təbriki təqdim edirik.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !