Azərbaycanlı girovlar məhkəmədə çıxış etdilər - VİDEO

15:11 | 27.10.2014
Azərbaycanlı girovlar məhkəmədə çıxış etdilər - VİDEO

Azərbaycanlı girovlar məhkəmədə çıxış etdilər - VİDEO

İşğal altındakı Kəlbəcər rayonunda ermənilərin girov götürdüyü azərbaycanlılar Şahbaz Quliyev və Dilqəm Əsgərovun məhkəməsi başlayıb.  “Qafqazinfo” xəbər verir ki, Ermənistan mətbuatının yazdığına görə, girovlar “günah”larını qismən boyunlarına alıblar. Girovların rus dilini pis bilmələrinin məhkəmədə problemlər yaratdığı qeyd olunub. Bundan başqa, onların müdafiəsinin erməni vəkillərə həvalə olunduğunu bildirilib. İlk prosesdə azərbaycanlıların şəxsiyyətləri, ailə vəziyyətləri dəqiqləşdirilib, Əsgərovun əvvəllər 15 sutka, Quliyevin isə 6 il həbs yatdığı və daha sonra bəraət aldığı qeyd edilib. Erməni mətbuatının yazdığına görə, girovlarımız onlara qarşı irəli sürülən ittihamları qismən etiraf ediblər. D.Əsgərov bildirib ki, 2005-ci ildə Ş.Quliyevlə birgə və 2007-də isə iki dəfə -birincidə Raffi adlı biri, ikincidə isə qəbri ziyarət etmək üçün Azərbaycan sərhədini keçməsi ilə bağlı ittihamları qəbul etməyib. Lakin 2014-də Ş.Quliyev və Həsən Həsənovla sərhədi keçməsini təsdiqləyib. Əsgərov cəsusluq etməsi və erməni yeniyetməni öldürməsi ittihamları ilə razılaşmayıb. Bununla yanaşı, qanunsuz silah daşıma, pul, sənəd və mal-qara oğurluğunu qəbul edib. Şahbaz Quliyev isə bildirib ki, 2005-də sərhədlə bağlı heç nə bilməyib. 2014-də isə sərhədi keçib: “Dilqəm dedi ki, heç nə yoxdur, biz də inandıq”. Erməni KİV-i yazır ki, Quliyev silahların ona sərhəddə verildiyini deyib. Erməni yeniyetməni qaçırmalarına gəlincə Quliyev “uşağa çörək yedizdirmişəm” -deyib.***Quliyevin sözlərinə görə, erməni yeniyetmə Smbat Çakalyanın oğurlanması anını görməyib. Müəyyən vaxtdan sonra Əsgərov “oğlanı öldürmək lazımdır” deyib. Quliyevin məhkəmədə ölüm anını və uşağı kimin öldürdüyünü görmədiyini bildirib. Erməni KİV-nin yazıdığına görə, Quliyev atəşin səsindən arxaya dönəndə oğlanın yolun ortasında uzandığını görüb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM