Azərbaycanlı girovlarla bağlı Türkiyə mediasında kampaniya başladı

17:00 | 09.11.2014
Azərbaycanlı girovlarla bağlı Türkiyə mediasında kampaniya başladı

Azərbaycanlı girovlarla bağlı Türkiyə mediasında kampaniya başladı

Türkiyə mediası bu gündən etibarən Azərbaycanın Kəlbəcər rayonunda Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülən azərbaycanlılarla bağlı kampaniyaya başlayıb. Bu barədə İTV-yə açıqlamasında Türkiyə Qəzetçilər Federasiyası başkanı Atilla Sertel məlumat verib.
O, qeyd edib ki, bu günə qədər Türkiyə ictimaiyyəti bu məsələ ilə bağlı ciddi məlumata malik olmayıb: 
“Biz mediada bu məsələni ciddi şəkildə qaldıracağıq. Dilqəm Əsgərov və Şahbaz Quliyevin sərbəst buraxılmaları üçün bütün imkanlarımızdan istifadə edəcəyik. Öz babalarının qəbrini ziyarət edənlərin girov götürülməsi, qondarma məhkəməyə məruz qalması yolverilməzdir. Dünya buna qarşı olmalıdır”.
Qeyd edək ki, Türkiyə Qəzetçilər Federasiyası Azərbaycanda fəaliyyət göstərən QHT Şurası nəzdindəki Media İşçi Qrupu ilə birgə bu məsələnin dünya ictimaiyyətinə doğru şəkildə çatdırılması üçün bu gündən kampaniyaya başlayıb.
Modern.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM