Azərbaycanlı hakim Çempionlar Liqasında oyun idarə edəcək.
ANN.Az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, Avropanın ən mötəbər yarışı olan voleybol üzrə Çempionlar Liqasının D qrupunda keçiriləcək “Əczaçıbaşı Vitra İstanbul” - “RC Cannes” görüşünü azərbaycanlı beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov idarə edəcək.
Görüş noyabrın 28-də Bakı vaxtı ilə 19:00 da başlayacaq. Həmyerlimizə ikinci hakim kimi italiyalı Rapisarda Daniele köməklik edəcək.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !