Azərbaycanlı həkim "Muhteşem Yüzyıl"ı məhkəməyə verdi - QALMAQAL

16:00 | 15.12.2013
Azərbaycanlı həkim "Muhteşem Yüzyıl"ı məhkəməyə verdi - QALMAQAL

Azərbaycanlı həkim "Muhteşem Yüzyıl"ı məhkəməyə verdi - QALMAQAL

Türkiyədə yayımlanan "Muhteşem Yüzyıl" serialının sön bölümündə Səfəvilər dövlətinin "Fars" dövləti kimi təqdim olunması qarşı azərbsycanlılardan olsn etirazlar artıq məjkəmə müstəvisinə keçib.

Qaynar.info xəbər verir ki, Hacettepe Universitetində diş həkimi işləyən azərbaycanlı Məhbub Əmrahi "Səfəvilər şiə və türkdür. Onların Fars olduğunu demək  təhqirdir" deyərək, serialı məhkəməyə verib. 

Əmrahi Səfəvilər dövlətinin şiə və türk olduğunu, serialda da bunun qəsdən səhv göstərildiyini iddia edərək, Ankara Baş Prokurorluğuna şikayət edib. 

Əmrahi şikayət ərizəsində belə yazıb: "Serialın 11 dekabr 2013-cü il tarixində yayımlanan 115-ci seriyasında Səfəvi dövləti açıq şəkildə bir Fars dövləti kimi təqdim edilməklə xalqımın tarix və keçmişinin təhqir edildiyini iddia edirəm. Bir türk əsilli İran azərbaycanlısı olaraq sözügedən firmadan şikayətçiyəm". 

Əmrahi şikayətini "Facebook" hesabı vasitəsilə yayaraq, "Arkadaşlar qəzamız mübarək olsun. Etdiyim şikayət türk mətbuatında işıqlandırılacaq" deyib. 

Qaynar.info
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM