Azərbaycanlı iş adamı 58 milyona təyyarə aldı - FOTO

13:34 | 05.01.2015
Azərbaycanlı iş adamı 58 milyona təyyarə aldı - FOTO

Azərbaycanlı iş adamı 58 milyona təyyarə aldı - FOTO

Türkiyədə yaşayan və məşhur türkiyəli müğənni Ebru Gündəşlə evli olan Azərbaycan əsilli iş adamı Rza Zərrab özünə 58 milyon dəyərində "Gulfstream G550” model təyyarə alıb.
 
Ailem.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, sahibi olduğu "ARE” hava yolları şirkətinə aldığı təyyarənin fotosu Zərrabın "Royal Holding” şirkətinin Facebook səhifəsində paylaşılıb.
 
Bundan başqa, Rza Zərrabın "Bombardier Challenger 300” markalı bir digər təyyarəsi də var. Zərrab 2015-ci ilin sonuna kimi təyyarələrinin sayını 3 etmək niyyətindədir.
 
Qeyd edək ki, Zərrab ötən ilin sonunda korrupsiya və çirkli pulların yuyulmasında ittiham edilərək həbs edilmiş, bir neçə gün sonra azadlığa buraxılmışdı. O, həyat yoldaşı Ebru Gündəşə milyonluq hədiyyələr alması ilə də zaman-zaman Türkiyə mətbuatının gündəminə gəlir.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb