Azərbaycanlı iş adamı həyat yoldaşı ilə birlikdə öldürüldü - OLAY

18:01 | 24.12.2013
Azərbaycanlı iş adamı həyat yoldaşı ilə birlikdə öldürüldü - OLAY

Azərbaycanlı iş adamı həyat yoldaşı ilə birlikdə öldürüldü - OLAY

Ukraynanın Luqansk şəhərində azərbaycanlı iş adamının evinə silahlı basqın edilib, ev sahibi və həyat yoldaşı güllələnərək qətlə yetirilib.Luqansk vilayəti Birləşmiş Azərbaycanlılar Konqresinin sədr müavini Akif Hümbətov APA-ya açıqlamasında bildirib ki, bu gün səhər yerli vaxtla saat 10.30 radələrində iş adamı Vidadi Məmmədov evində silahlı basqına məruz qalıb. O, həyat yoldaşı Yavər Məmmədova ilə birlikdə güllələnib.A. Hümbətovun sözlərinə görə, qətlə yetirilən V. Məmmədovun evi ona məxsus kafe-restorana bitişikdir: “Səhər övladları və onlarda yaşayan tələbə qohumları dərsə getdikdən sonra evə naməlum şəxslər tərəfindən silahlı hücum olub, ev güllə-baran edilib, Vidadi Məmmədov və həyat yoldaşı qətlə yetirilib. Hazırda ərazi milis tərəfindən mühasirəyə alınıb, araşdırma gedir. Hadisənin törədənlərin kimliyi hələlik məlum deyil. Milis əməkdaşları hadisəni törədənlərin kimliyi barədə yaxın vaxtlarda bizə məlumat verəcəklərini bildiriblər”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti