Azərbaycanlı iş adamı Rza Zərrabı kim satıb?

22:29 | 20.12.2013
Azərbaycanlı iş adamı Rza Zərrabı kim satıb?

Azərbaycanlı iş adamı Rza Zərrabı kim satıb?

Rza Zərrabı yanında 2 min dollar maaşa işlətdiyi yaxını satıb. Ans press Türkiyə mətbuatına istinadən bildirir ki, bu barədə Türkiyənin Zonquldak vilayətinin Alaplı rayonunun polis rəisinin müavini işləyən Orxan İncə bildirib.

Cinayət işində adı zərərçəkmiş kimi göstərilən və ifadə vermək üçün İstanbula gəlmiş Orxan İncə mediaya bildirib ki, Rza Zərrabı həyatında bir dəfə - 2008-ci ildə görüb. O, Rza Zərrabın ortağının ərzurumlu olduğunu və yerlisi olduğundan həmin ərzurumlu ilə görüşdüyünü bildirib. O deyib: "Ərzurumlu olduğuma görə mənim yanıma gəldi. Çay təklif etdik. Sonra gördüm ki, dolaşıq adamdır, uzaq dayandım. Mən bir cinayət şübhəsi hiss etsəydim əlaqəni kəsər, cinayəti barədə məlumat verər, istintaq aparardım. Yəni mənim bu vəziyyət barədə məlumat ötürməyim barədə xəbərlər yanlışdır". 

"Sözügedən iş adamı bu bəhs etdiyim ərzurumlunu 2 min dollar maaşla yanında işlədirdi. Təbii ki, saxta şirkətlər qurub. Şirkətlərlə əlaqədar çətinliklər yarandıqda və bu şəxsi aldığı pul qane etmədikdə xəbər ötürübb. İşin əsli budur. Bu şəxs də ifadə vermək məcburiyyətində qalır. Tərəfdaş olduğu ərzurumlu da mənim üçün, "görəsən, omu söylədi" deyərək məni hadisənin içinə çəkir", - deyə Orxan İncə bildirib. 

O əlavə edib: "Mənim Zarrab ilə bir problemim yoxdur. Amma o özü başında məni düşmən elan edib və şikayətlər edib. Xəyal dünyasında məni düşmən olaraq müəyyən edibr. Mən bu ərzurumlu şəxsdən, dolaşıq olduqlarını anlayınca, uzaq dayandım. Dövlət məmurunun belə kəslərlə yoldaşlıq etməsi doğru olmazdı". 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti