Azərbaycanlı iş adamı “Trabzonspor”un rəhbərliyinə gətirilir

17:21 | 16.11.2013
Azərbaycanlı iş adamı “Trabzonspor”un rəhbərliyinə gətirilir

Azərbaycanlı iş adamı “Trabzonspor”un rəhbərliyinə gətirilir

Məşhur türkiyəli müğənni Ebru Gündeşin əri, azərbaycanlı iş adamı Rza Zərrab Türkiyənin “Trabzonspor” klubunun idarə heyətinə gətiriləcək. Lent.az-ın “haber61.net”ə istinadən verdiyi məlumata görə, bu barədə qərar klubun növbədənkənar konqresinin keçirilməsinə dair qərarın veriləcəyi halda çıxarılacaq.

Hazırkı klub prezidenti İbrahim Hacıosmanoğluna tikinti və şəhərsalma naziri Ərdoğan Bayrakdar böyük dəstək verir. Ali Ağaoğlu ilə birgə Rza Zərrabın da klubun idarə heyətinə gətirilməsini məhz o istəyir. Zərrab bu mövsüm “Trabzonspor”a kifayət qədər maddi yardım edib. Azərbaycanlı iş adamı klub rəhbərliyində yer almağa müsbət yanaşır.

Qeyd edək ki, “Trabzonspor”un hesabat-seçki konqresi 25-26 mayda keçirilib. Lakin çox keçmədən 4 nəfər klubun idarə heyətindən istefa verib. “Bordo-mavililər” Türkiyə Superliqasında 11 turdan sonra 7-ci pillədə yer alıb və Avropa Liqasında 4 turdan sonra J qrupuna 10 xalla başçılıq edir. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb