Azərbaycanlı iş adamı xəstəxanaya düşdü

12:01 | 31.01.2014
Azərbaycanlı iş adamı xəstəxanaya düşdü

Azərbaycanlı iş adamı xəstəxanaya düşdü

17 dekabr korrupsiya əməliyyatı çərçivəsində saxlanılan iş adamı Rza Zərrab xəstəxanaya çatdırılıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, iş adamı Metris həbsxanasında diş ağrısından şikayətlənərək həkimə müraciət edib. Həbsxananın həkimi Rza Zərrabın dişinin müalicə olunması üçün xəstəxanaya aparılmasının vacibliyini bildirib. Rza Zərrab ambulansla xəstəxanaya çatdırılıb. Onun dişinə bir neçə ağrıkəsici iynə vurulduqdan sonra həbsxanaya qaytarılıb. O, xəstəxanada 1 saat qalıb. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM