Azərbaycanlı iş adamlarının nəzərinə - Video

20:00 | 19.11.2014
Azərbaycanlı iş adamlarının nəzərinə - Video

Azərbaycanlı iş adamlarının nəzərinə - Video

İran azad iqtisadi zonası azərbaycanlı iş adamları üçün güzəştlər təklif edir.

ANN.Az ANS TV-yə istinadən xəbər verir ki, artıq iki gündür davam edən İran istehsal və ixracat sərgisində təmsil olunan “Maku” azad ticarət zonası azərbaycanlı iş adamları və sahibkarları üçün yeni təklflərlə çıxış edir. Makuda istehsala başlayan iş adamları 20 il müddətində bütün vergilərdən azaddır. Bu azad zona təmsilçisinin sözlərinə görə, zəngin yeraltı sərvətlərin və kənd təsərrüfatı üçün əlverişli torpaqların olduğu Maku azərbaycanlı iş adamlarının diqqətini bir neçə ildir ki, cəlb edir. Artıq ölkəmizdə qida sənayəsi üzrə aparıcı şirkətlərdən biri Makuda istehsala başlayıb.“Maku” azad zonasının təmsilçisi İbrahim Cəlili azərbaycanlı iş adamlarının tezliklə Makuda görcəklərini və deyir. Təmsilçi orada ərazilərin çox ucuz olduğunu və bununda sahibkarlar üçün əlverişli bir şəarit olduğunu vurğuladı.“Maku” ticarət zonası “İran-Avropa” tranzit yolu üzərində yerləşir. 2010-cu ildə yaradılan bu azad zona coğrafi cəhətdən ölkəmizlə yanaşı həm də Türkiyə ilə həmsərhəd olduğundan şirkətlər üçün daha əlverişli imkanlar təklif edir. Maraqlıdır ki, sabah yekunlaşacaq sərgidə İranın 7 azad zonasından yalnız biri təmsil olunur. Amma İranın Naxçıvanla sərhədində bundan başqa Araz azad iqtisadi zonası yerləşir ki, burda Azərbaycan sərmayəli 4 şirkət fəaliyyət göstərir. Həmin şirkətlər neft-kimya, izolyasiya məhsulları, birdəfəlik qablar və inşaatda istifadə olunan kisələr istehsal edir. 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM