Azərbaycanlı mücahid Suriyaya necə getdiyini açıqladı – ŞOK

19:24 | 05.06.2014
Azərbaycanlı mücahid Suriyaya necə getdiyini açıqladı – ŞOK

Azərbaycanlı mücahid Suriyaya necə getdiyini açıqladı – ŞOK

Suriyada döyüşən azərbaycanlı mücahid Əbu Hüseyn Kərimzadə Suriyaya hansı yolla getdiyini açıqlayıb.
Publika.az mücahidlərin saytına istinadən xəbər verir ki, azərbaycanlı mücahid  Suriyaya keçmək üçün əvvəlcə Türkiyəyə getdiyini bildirib: “Şanlıurfaya getdim, orda İŞİD camaatına gedənləri aparan Zaza əsilli bir qaçaqmalçı var idi. Onun vasitəsilə Suriyadakı Talab şəhərinə getdim. Burda  qaçaqçıdan təhvil alan Gaziantepli Məhəmməd adlı şəxs məni Rakaya apardı”.
 
O, Suriyada bir ay hərbi təlim keçdiyini bildirib.
 
“Suriyada Muəsgər Şerki deyilən yerdə bir araya qədər hərbi təlim keçdim. Təlimdən sonra Rakka Mühafizəyə bağlı olan bir polis olaraq fəaliyyətə başladım. Əsas məqsədimiz asayişi qorumaq, əsl məqsədimiz isə Azad Suriya Ordusunun həmlələrini əngəlləmək və silahlarına əl qoymaqdır”,– deyə o bildirib.
Azərbaycanlı mücahid Suriyadan geri dönmək istəmədiyini, islam uğrunda sona qədər vuruşacağını bildirib. O, azərbaycanlı mücahidləri də Suriyadakı cihada dəstək olmağa çağırıb. Onun açıqlamasını yayan mücahid saytları təhlükəsizlik baxımından foto yaymadıqlarını qeyd ediblər.
Qeyd edək ki, bir müddət öncə Suriyada döyüşən Əbu Həsən adlı azərbaycanlı da açıqlamasında eyni marşrutla bu ölkəyə getdiyini açıqlamışdı.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM