Azərbaycanlı müğənni özünü öldürdü - FACİƏ

10:12 | 25.08.2014
Azərbaycanlı müğənni özünü öldürdü - FACİƏ

Azərbaycanlı müğənni özünü öldürdü - FACİƏ

Gənc müğənni Suranın ölüm səbəbi məlum oldu. Mərhum özünü asaraq intihar edib. Yaxınları Suranın niyə intihar etməsini bilmədiklərini söyləyirlər. 23 yaşlı Sura bu gün Bakıxanov qəbiristanllığında torpağa tapşırılıb. Əməkdar artist Tünzalə Ağayeva ilə "Qovuş ona" klipi ilə tanıdığımız Suranın vəfat etməsinin səbəbi hələlik məlum deyil. Əməkdar artist Tünzalə Ağayeva gənc müğənninin ölümü barədə Facebook səhifəsində yazıb: "Can Suram, söhbətindən, özündən doymadığım Sura, belimizi qırdın getdin, Sura... Nakam yaşda getdin balam .... Səninle hələ neçə musiqi oxuyacaqdıq, yazacaqdıq... Ya Rəbbim! Suramın qəbrini nurla doldur , rehmet elə Ya Rəbb, saf - məsum balamızın axirətini gözəl elə, məkanını cənnət elə! Faciəvi şəkildə dünyasını deyişən Suranın ailesinə baş sağlığımı bildirirəm. Rəbbim kimsəyə övlad itkisi yaşatmasın! Amin!Murad Arif Suranın ölüm xəbərini səhifəsində bu ifadələrlə bölüşüb: "Gənc müğənnimiz Sura dünyasını dəyişdi... Aman Allah...Gəncəcik qız... İlk klipini bir az öncə Tünzalə Ağayeva ilə təqdim etmişdi. Sura bu gün rəhmətə getdi... Qovuşdun ona, Sura... Qəbrin nurla dolsun..." (anspress)

23 yaşlı Sura ötən gün Bakıxanov qəbiristanlığında torpağa tapşırılıb.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM