Əslən azərbaycanlı olan Vahid Ələkbərov ötən gecə 230,7 milyon dollar qazanc əldə edib.
ANN.Az Axar.az-a istinadən xəbər verir ki, 15 rusiyalı zəngindən 8-i qazananlar, 6-sı isə itirənlər siyahısında olub.
Qazananların siyahısına 230,7 milyon dollarla Vahid Ələkbərov, itirənlərə isə 163,5 milyon dollarla Viktor Vekselber başçılıq edir. Yalnız bir milyarder - Dmitri Ribolovlev nə qazanıb, nə də itirib.
Yanvarın 16-sı gecəsi rusiyalı milyarderlərin dövriyyəsində olan pulun ümumi məbləği 1 milyard 120 milyon 600 min dollar olub ki, onun 8 milyarderin gəlirinə 746,2 milyon gəlir, 374,4 milyon dolları isə 6 milyarderin çıxarına hesablanıb.
Öncəki gecə isə Vahid Ələkbərov 364,3 milyon dollar qazanmışdı. Bununla da Vahid Ələkbərov öz varidatını 8 milyard dollardan 8,5 milyard dollara qaldırmağa müvəffəq olub.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !