Azərbaycanlı milyarder Putindən dəstək istədi

16:20 | 02.02.2015
Azərbaycanlı milyarder Putindən dəstək istədi

Azərbaycanlı milyarder Putindən dəstək istədi

"Lukoyl” şirkəti cari ildə Rusiyada nef hasilatını əvvəlki  - 89 milyon ton həcmində saxlamağı planlaşdırır.

Oxu.Az RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə şirkətin rəhbəri Vahid Ələkbərov Rusiya prezidenti Vladimir Putinlə görüşdə deyib.

"Bu il Rusiya Federasiyası ərazisində 86 milyin ton neft hasil edəcəyik, yəni biz hasilatı yeni yataqların kəşfi hesabına kompensasiya edəcəyik. Lakin hər şey çətinləşir, çünki təəssüflər olsun ki, siz bilirsiniz, bizim işlərimiz yalnız quru ilə məhdudlaşıb. Xəzərdə biz bu il daha bir yataq kəşf etmişik və praktiki olaraq orada geoloji işlərimizi yekunlaşdırırıq,” – Ələkbərov deyib.

Onun sözlərinə görə, Rusiya hakimiyyəti yeni yataqlarda geoloji işlərin aparılması üçün "Lukoyl”un yeni layihələrini dəstəkləyəcək.

"İnkişaf yeni ərazilər, yeni layihələr deməkdir. Buna görə də mən daha sürətli işləmək üçün dəstəyə görə sizə müraciət edəcəm,” – o deyib.  

Qeyd edək ki, 2014-cü ildə şikrət neft hasilatını 7% artıraraq 97.2 milyon tona çatdırıb. Rusiyada neft hasilatı 86.3 milyon ton, xaricdə isə 10.9 milyon ton təşkil edib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM