Azərbaycanlı milyarder şirkətini satır

11:22 | 02.12.2014
Azərbaycanlı milyarder şirkətini satır

Azərbaycanlı milyarder şirkətini satır

Azərbaycanlı milyarder Vahid Ələkbərova məxsus "Lukoyl” şirkəti Səudiyyə Ərəbistanındakı biznesini satmağa hazırlaşır.

ANN.Az Azvision.az-a istinadən xəbər verir ki, Rusiya şirkəti Səudiyyə Ərəbistanındakı törəmə şirkəti "Lukoyl Overseas”-ın 80 faiz pay "Saudi Armaco” şirkətinə satmağı planlaşdırır. Qeyd edək ki, bu şirkətin 20 faizi elə Səudiyyə Ərəbistanı şirkətinə məxsusdur.

"Onlar nə neft, nə də qaz tapıblar. Görünür "Lukoyl” buranı tərk edəcək. Bu məntiqlidir. Çünki "Total”, "Shell”, "Eni” kimi məşhur şirkətlər artıq Səudiyyə Ərəbistanındakı layihələrini tərk ediblər”, - deyə "Saudi Aramco” şirkətindən mənbə bildirib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM