Əslən Güney Azərbaycandan olan azərbaycanlı milyarder, ötən ilin dekabrın 17-də Türkiyədə həbs olunmuş Rza Zərraba daha bir zərbə dəyib. Türkiyənin tanınmış qadın geyimləri istehsalçılarından olan "İpekyol" şirkəti Zərrab ailəsi ilə əməkdaşlıq planlarını ləğv edib.Milli.Az AHT-yə istinadən bildirir ki, Cumhuriyyət Xalq Partiyasından olan millət vəkili Aydın Ayaydının ailəsinə məxsus "İpekyol" Zərrab ailəsinə distribütorluq hüquqlarını satmağa hazırlaşırdı."Son olaylardan sonra Zərrab ailəsi ilə bütün əlaqələri, ticari təmaslarımızı dayandırmaq qərarına gəldik. Bizim üçün bu iş qapandı", - "İpekyol"un sahibi Yalçın Ayaydın deyib.Yalçın Ayaydın CHP lideri Kemal Kılıçdaroğlunun yardımçısı, millət vəkili Aydın Ayaydının qardaşıdır.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !