Azərbaycanlı modelin 1 milyonluq evi satılır

10:53 | 15.12.2014
Azərbaycanlı modelin 1 milyonluq evi satılır

Azərbaycanlı modelin 1 milyonluq evi satılır

Günay Musayeva ilə Tolqa Karelin evi 225 kvadrat metrdir
Azərbaycanlı model Günay Musayeva ilə ayrılıq xəbərləri yayılan aktyor Tolqa Karel çətin günlər keçiriri. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, cütülüyün xoşbəxt evliliyi sadəcə 3 il davam edib. 

Karel birlikdə yaşadıqları evi satışa çıxarıb. O 1 milyon 240 min lira (təqribən 421 min manat) qiymət qoyduğu evinə aylardır müştəri çıxmamasından şikayətçidir. 

İddialara görə, cütlük evini iki dəfə ayırıb. Son məlumata görə, ikinci dəfə boşanma qərarı alan Karel ata-anasının yanına köçüb. "Bəyaz Qərənfil" serialında rol alan Günay Musayeva isə oğlu Cahangirlə birlikdə Maslakda yaşamağa başlayıb. 

Qeyd edək ki, aktyor birlikdə yaşadıqları evlərini ilk dəfə boşanma qərarı verəndən sonra satışa çıxarmışdı. Bəylərbəyindəki 225 kvadrat metrlik evə aylar ərzində bir müştəri belə çıxmayıb. 

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM