Azərbaycanlı qadın Türkiyədə parlament seçkilərinə namizədliyini verib.
ANS PRESS-in məlumatına görə, PKK təşkilatının siyasi qolu olaraq bilinən HDP-nin yeni namizədi Qıznaz Türkəlidir. Azərbaycan əsilli namizəd seçkilərdə HDP adına mübarizə aparacaq.
Artıq partiyalar millət vəkili namizədlərini dəqiqləşdiriblər. HDP Milliyyətçi Hərəkət Partiyasını (MHP) Şərqi Anadoluda ən güclü olduğu bölgələrdən biri olan Iğdırda möhkəmlənmək istəyir.
Azərbaycan əsilli namizəd Q.Türkəli seçiləcəyi təqdirdə bölgədə olan xalqlar arasında qardaşlığı gücləndirmək üçün çalışacağını deyib: "Yaşasın xalqların qardaşlığı. Bundan sonra xalqların qardaşlığı danışacaq, rənglərin birlikdəliyi danışacaq", - deyə Türkəli vurğulayıb.
Xalqların Demokrat Partiyası (HDP) ilk dəfə azərbaycan əsilli bir qadını Iğdır millət vəkili postuna namizəd göstərib.
Qeyd edək ki, Türkiyədə parlament seçkiləri 7 iyunda keçirilərəcək.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !