Azərbaycanlı qanqsterlər Moskvada müharibə edirlər

10:30 | 13.02.2015
Azərbaycanlı qanqsterlər Moskvada müharibə edirlər

Azərbaycanlı qanqsterlər Moskvada müharibə edirlər

Moskvada "Abşeron” restoranında iki nəfərin ölümü ilə nəticələnmiş atışmanın təfərrüatları məlum olub.

Atışma "vor zakon” Nadir Səlifov (Lotu Quli) və azərbaycanlılarla inquşetiyalıların qruplaşmaları arasında bir neçə aydır gedən "müharibənin” davamı olub.

Hüquq-mühafizə orqanlarındakı mənbənin "Rosbalt”a bildirdiyinə görə, kriminal müharibə hələ 2014-cü ilin payızında başlayıb. 

Belə ki, Azərbaycandan olan bir neçə şəxs Moskvanın avtosalonlarından birindən 4 maşın almaq qərarına gəliblər. Qiymət kağızında göstərilmiş pulu ödəyən şəxslər nəqliyyat vasitələrinin onlara verilməsini gözləməyə başlayıblar.

Lakin gözlənilmədən salon əməkdaşları bildiriblər ki, komissiya haqqı qismində hər avtomobilin qiymətindən 30%-ni əlavə ödəmək lazımdır. Qalmaqal başlayıb, lakin alıcılar nə maşınları, nə də ödənilən pulu almayaraq, avtosalonu tərk ediblər.

"Sonradan məlum olub ki, həmin şəxslər ən nüfuzlu azərbaycanlı "vor zakon” Nadir Səlifov (Lotu Quli) ilə qohumluq münasibətlərindədirlər. O, uzun müddətdir ki, vətənində azadlıqdan məhrumetmə cəzası çəkir”, - deyə, Rosbalt yazır.

Lotu Qulinin adamları aydınlaşdırıblar ki, avtosalonun kriminal "krışası” "avtoritet” Ruslan Qardabanskidir. 

Qardabanskinin yanına gələn mafiozilər tez bir zamanda maşınları alıcılara çatdırmağı tələb ediblər. O, görüntü üçün razılaşsa da, kömək üçün yaxın olduğu, Əhməd adlı şəxsin başçılıq etdiyi inquş cinayətkar qruplaşmasına müraciət edib.

Moskvada Qardabanskiyə qarşı sui-qəsd törədilib. Killerlər ona dörd güllə yarası vursalar da, "avtoritet” sağ qalıb və tez bir zamanda xəstəxananı tərk edib.

Lotu Qulinin döyüşçüləri onu birbaşa palatada öldürmək istəyiblər və Ruslan vaxtında qaça bilib. Əhməd kimi, o da qisasdan qorxaraq, gizli fəaliyyət keçirməyə başlayıb. 

Qanqsterlər kriminal dünyanın digər nümayəndələri arasında müttəfiq axtarmağa başlayıblar. 

Belələri son vaxtlar sıraları seyrəlmiş, Səlifovun çoxdankı düşməni, "vor zakon” Rövşən Lənkəranskinin (Rövşən Caniyev) briqadasında tapılıb. 

Çoxsaylı qarşıdurmalardan sonra, münaqişə tərəfləri 10 fevral 2015-ci ildə vəziyyəti Moskvanın Parkovaya küçəsi 15 ünvanında yerləşən "Abşeron” restoranında müzakirə etmək qərarına gəliblər. Masa arxasında Azərbaycandan olan, Ruslan və Rövşənə yaxın şəxslər əyləşiblər. Tezliklə hadisə yerinə Lotu Quli klanının üzvləri də gəliblər. Daha sonra hadisələr qərbin atışma filmlərində olduğu kimi cərəyan edib.

Tərəflər çox danışsalar da, heç bir məsələdə razılığa gələ bilməyiblər. Bunu etmək də çətindir: faktiki olaraq, söhbət dörd maşından yox, bir neçə qruplaşmanın liderlərinin şəxsi ambisiyalarından gedirmiş. Söhbət yüksək tonda davam edib. Lotu Qulinin təmsilçiləri rəqiblərinə ciddi baş ağrısı vəd ediblər. Cavab olaraq, onlardan biri tapança çıxarıb və belə çətinliklər hazır olduqlarını göstərib. Səlifovun klanının üzvləri qalxaraq, restoranı tərk ediblər – lakin bir neçə dəqiqəlik, avtomobildən öz silahlarını götürmək üçün. Bunu onların rəqibləri də başa düşüblər. Onlardan biri tapançanı götürərək, giriş qapısında mövqe tutub.

"Qanqster duelə hazırlaşan kovboyu xatırladırdı”, - deyə, sonradan şahidlərdən biri danışıb. Lakin Lotu Qulinin yaraqlıları restorana daxil olmayıblar. "Kovboya” atəş avtomatdan, şüşə qapının arxasından açılıb. O, öz tapançasından cavab atəşi açıb. Atəş açanların hər ikisi aldıqları güllə yaralarından ölüblər. Atışma zamanı daha bir neçə cinayətkara güllə dəyib və onlardan biri həlak olub. Yaralananları xəstəxanalara çatdırmayıblar.  

"Rosbalt”ın mənbəsi deyir ki, Lotu Qulinin döyüşçüləri mübahisəni davam etdirmək əzmindədirlər və bu kriminal müharibə hələ çox davam edəcək. //OXU.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM