Azərbaycanlı rejissorun filmi beynəlxalq kinofestivalda

10:57 | 01.12.2013
Azərbaycanlı rejissorun filmi beynəlxalq kinofestivalda

Azərbaycanlı rejissorun filmi beynəlxalq kinofestivalda

Azərbaycanlı rejissor Novruz Hikmətin “Sakura” filmi “Qırğızıstan – qısametrajlı filmlər ölkəsi” III beynəlxalq kinofestivalda iştirak edəcək. AzərTAc xəbər verir ki, festival dekabrın 12-dən 15-dək Bişkekdə keçiriləcək.

Azərbaycan və Ukrayna kinematoqraflarının birgə lentə aldıqları “Sakura” qısametrajlı filmi iki insanın narahatlıqlardan, onların qorxularından, arzu və məhəbbətindən bəhs edir.

Filmin quruluşçu rejissoru və ssenari müəllifi Novruz Hikmət, operatoru Yuri Dunay, prodüserləri Novruz Hikmət və İrina Biçevadır. Çəkilişləri Kiyevdə aparılmış ekran əsərində baş rolu Azərbaycanın Əməkdar Artisti Ayşad Məmmədov oynayıb. Onun tərəf-müqabili isə Ukraynanın teatr aktrisası Tatyana Qavrilyukdur

ANS PRESS

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti