Azərbaycanlı “Romeo və Cülyetta”nın intihar təfərrüatları - YENİLƏNİB

20:49 | 09.01.2014

Həsənov özünü günahkar hesab edərək, həmçinin turşu içib.Dünən axşam Tərtər rayonunda ailə dramı yaşanıb.Hadisələr Uilyam Şekspirin ölməz “Romeo və Cülyetta” pyesindəki kimi cərəyan etsə də, xoşbəxtlikdən sonluq faciə ilə bitməyib.Oxu.Az xəbər verir ki, Tərtər rayon Polis İdarəsindən Vesti.Az-a verilən məlumata görə, ər və arvad özlərini öldürmək üçün qəsdən sirkə turşusu içiblər.Təxminən saat 19:00 radələrində Tərtər RPİ-nin növbətçi hissəsinə gənc cütlüyün özlərini suvarma kanalına atmaları barədə məlumat daxil olub. Hadisə yerinə gələn əməliyyatçılar sudan 1983-cü il təvəllüdlü Turan Həsənov və 1986-cı il təvəllüdlü Gülnar Həsənovanı çıxarıblar.Ər və arvad sağ olublar, onları rayon xəstəxanasına çatdırıblar. Burada cütlüyün üzərində bədən xəsarətlərindən başqa, onların zəhərlənmələri də aşkarlanıb. Pasiyentlərin vəziyyəti pisləşdiyi üçün onları zəhərlənmə diaqnozu ilə Bərdə mərkəzi xəstəxanasına yerləşdiriblər.“İndi onların vəziyyəti stabilləşib. Biz şadıq ki, hər şey belə yaxşı sonluqla bitib” – deyə, polisdən bildiriblər.Bu arada ilkin istintaq zamanı müəyyənləşdirilib ki, insidentdən bir az əvvəl cütlüyün arasında münaqişə yaşanıb - ər arvadını xəyanətdə ittiham edib. Lakin Həsənova ərinə hətta fikirlərində belə xəyanət etmədiyini göstərmək üçün sirkə turşusu içib və qaçaraq evdən çıxıb. Həsənov arvadını ədalətsiz ittiham etdiyini anlayaraq, həmçinin sirkə turşusu içib.    Sonra kişi qaçaraq arvadına çatıb. Qadın ərinin ona çatmağını gözləmədən özünü suya atıb, əri də həyat yoldaşının arxasınca suya sıçrayıb. Hadisə şahidləri dərhal gördükləri barədə polisə məlumat veriblər.Məlumdur ki, Həsənovların iki azyaşlı qızı böyüyür. Polislər artıq ər və arvada yerli “Romeo və Cülyetta” adını veriblər.ANN.Az

***

19:23

Yeni ailə üzvləri yaşadıqları evdə sirkə turşusu içərək özlərini zəhərləyiblərAzərbaycanda gənc ər və arvadı sirkə turşusu içərək intihara cəhd edib. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Tərtər rayon sakinləri, 1983-cü il təvəllüdlü Turan Həsənov və arvadı, 1986-cı il təvəllüdlü Gülnar Həsənova zəhərlənmə diaqnozu ilə Bərdə rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Məlum olub ki, gənc ər və arvadı yaşadıqları evdə sirkə turşusu içərək özlərini zəhərləyiblər.G.Həsənova və həyat yoldaşı, 31 yaşlı Turan evdə üz-üzə duraraq eyni zamanda sirkə turşusunu içiblər. Lakin yaxınları hadisədən xəbər tutub və onlar daha yaxında yerləşən Bərdə rayon Mərkəzi Xəstəxanasına gətirilib. Həkimlərin səyi nəticəsində hər iki gəncin həyatını xilas etmək mümkün olub. Onların vəziyyəti orta-ağırdır.Gənc cütlüyün hansı səbəbdən eyni zamanda intihar etməsi müəmmalı olaraq qalır.Hadisə ilə bağlı Tərtər rayon Prokurorluğunda araşdırma aparılır. Hələlik cinayət işi açılmayıb. ANN.Az
loading...