Azərbaycanlı Rusiyada nazir müavini təyin olundu

14:52 | 07.08.2014
Azərbaycanlı Rusiyada nazir müavini təyin olundu

Azərbaycanlı Rusiyada nazir müavini təyin olundu

Rəşid İsmaylov Rusiya Federasiyası rabitə və kütləvi kommunikasiyalar nazirinin müavini təyin olunub.“APA-Economics”in məlumatına görə, bu barədə nazirliyin yaydığı press-relizdə qeyd olunub.Yeni vəzifədə R. İsmaylov informasiya texnologiyaları sahəsinin inkişafı və nazirliyin beynəlxalq əlaqələr istiqamətinə rəhbərlik edəcək. Qeyd edək ki, R. İsmaylovdan öncə bu vəzifəni Mark Şmuleviç tutub.Ötən ilin yanvar ayından etibarən R. İsmaylov nazirliyin beynəlxalq əməkdaşlıq departamentinə rəhbərlik edib.“Nazirliyin beynəlxalq əməkdaşlıq departamentinə rəhbərlik etdiyi dövrdə, Rəşid İsmaylov özünü məsuliyyətli rəhbər və vaxtında düzgün qərar qəbul etmək bacarığı ilə seçilib. Bir çox beynəlxalq təşkilatlarla əməkdaşlıqdan əldə olunan təcrübə ona informasiya texnologiyaları sahəsinin inkişafı ilə bağlı qarşıda duran vəzifələri yerinə yetirmək üçün çox kömək edəcək”, - deyə rabitə və kütləvi kommunikasiyalar naziri Nikolay Nikiforov qeyd edib.R. İsmaylov 1965-ci ildə Bakıda anadan olub.1991-1998-ci illərdə İT və konsaltinq sahəsində fəaliyyət göstərən bir sıra şirkətlərdə, 1998-2005-ci illərdə “Ericsson Russia”, 2005-2010-cu illərdə isə “Nokia Siemens” şirkətində rəhbər vəzifələrdə çalışıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM