Azərbaycanlı tələbələr Ankarada Yeni il keçirirmi? - SORĞU

22:46 | 21.12.2014
Azərbaycanlı tələbələr Ankarada  Yeni il keçirirmi? -  SORĞU

Azərbaycanlı tələbələr Ankarada Yeni il keçirirmi? - SORĞU

Türkiyədə yeni ilin qeyd edilməsi birmənalı qarşılanmır. Noel baba (türklər bizim Şaxta Babanı bele adlandırır – müəl.) xristiyan olduğuna görə, təşrif gətirərsə, müsəlman türklərin əxlaqını pozacağından ciddi-ciddi əndişə edənlər də var, olsun, dünya qeyd edir bizə nə gəlib ki deyənlər də. Qeyd edək ki, yeni il məsələsinə bu zidd baxışlarin fonunda 1 yanvar ilin ilk günü olaraq Türkiyədə rəsmi istirahət günü hesab edilir və iş günü deyil.  Ann.az olaraq Türkiyənin paytaxtı Ankarada təhsil alan gənclərimizin bu ziddiyyətli baxışların atmosferində yeni ili nece qeyd edəcəklərini soruşduq.

Orta Doğu Texniki Universitetinin Mədən mühəndisliyi fakültəsində təhsil alan Azər Haqverdiyev yeni ili geyd etməyəcək: "Çoxu imtahanlardan dolayı geyd etmir. Mən də imtahanlarıma hazırlaşacam”.

Azərin qardaşı
Altay Haqverdiyev də eyni universitetin Busines Adminstratoru fakültəsində oxuyur: "Yeni ili evimdə qeyd edəcəyəm. Həm imtahanlarım var, həm də mənə uygun yer yoxdur yeni il qeyd etməyə. Yeni ili qeyd etmək istədiyim tək yer ailəmin yanıdır. Burda tələbələrin adətən yerlər yeni il axşamını 100 lirəyə məhdudiyyətsiz içki verən yerlərdə keçirir. Bəziləri bu məbləği ödədiyindən sərxoş olana kimi içir, xoşagəlməyən hallar olur. Sevmirəm belə yerləri”.

Eyni Universitetin Elektrik Elektronik Mühəndisliyi fakültəsində təhsil alan
Aqşin Fərəcov yeni ili geyd etmir: "Çünki uşaqlıqdan ailədə yeni ili xüsusi bayram kimi geyd edilməyib və bayram olaraq dəyərləndirilməyib. Həm dini baximdan, həm yersiz xüsusiyyətlərinə görə yeni ili qeyd etmirəm. Doğma gəlmir”.

OTDÜ-də Makina Mühəndisliyi oxuyan
Eldar Məlikməmmədov isə yeni ili qeyd edənlərdəndir: "Hər il fərqli qeyd edirik. Bu il böyük ehtimal dostlardan birinin evində qeyd edərik. Amma hər il saat 10-da (Bakı saatı ilə 00.00 - müəl.) ailə üzvlərim zəng edir, təbrik edirlər. Təəssüf ki, Türkiyədə yeni il ab-havası o qədər hiss olunmur, yeni il həyəcanını görmək nadir hallarda mümkündür. Biz də vətəndəki ənənəyə sadıq qalaraq öz aramizda qeyd edirik".

OTDÜ-də Endustry Mühəndisliyi oxuyan
Elman Aslanov deyir ki, qız həmyerlilərimizin də qatılacağını nəzərə alaraq yeni ili qeyd etmək üçün içkisiz məkan seçirlər: "Burda qalsam azərbaycanlı dostlarla belə qeyd edəcəyik. Amma qismət olsa bu il vətənə gedib ailəmlə bərabər keçirmək istəyirəm”.

Azərbaycan Tibb Universitetinin məzunu olan
Pərvanə Əhmədova Ankaraya yeni gəldiyindən yeni ili çox qarışıq bir abhavada qeyd edəcəyinı söylədı. Pərvanə Ankara Dışkapı Yıldırım Beyazit Egitim və Araştırma Xəstəxanasinda asistantliğa yeni ilin ilk günündən başlayacaq: "Yeni ili Ankara Universiteti Tibb Fakültəsi xəstəxanasinda uzmanlığını başa vurmuş Ülvin Həbibova ilə bərabər keçirəcəyik”.

Gazi Universitetinin Sosial Bilimler Enstitu İşlətmə bölümündə təhsil alan
Sevinc Ömərli yeni ili hər il 10-15 azərbaycanlı tələbə ilə qeyd etdiklərini bildirdi: "Azərbaycan türkləri bir araya gəlirik səhərə qədəq bərabər oluruq. Keçən il hündür bir yerdən dilək balonları da uçurmuşduq. Bir-birimizə hədiyyə alırıq”. Sevincin nişanlısı Kamran İbiyev də Qazi Universitetinin Təhsil və Tədris Texnologiyaları fakültəsində tahsil alır və bütün tədbirlərdə bərabər olurlar.
Hacettepe Universiteti Biologiya bölümündə təhsil alan Fəridə Abbasbəyli oxuduğu təhsil müəssisəsindəki həmyerliləri ilə bir araya gəlməsə də yeni ili geyd etdiyi qrup var: "Azerbaycanlı arkadaş qrupumuz var. Bütun əyləncələrim onlarla bərabərdir. Yeni ili də imkanlarımız daxilində keçirirk. Bu il də belə olacaq”.

Hacettepe Universitetində Türk Xalqbilimi Bölümündə doktorantura oxuyan Sona Rzayeva imtahanlar səbəbiylə yeni ili qeyd etmək üçün böyük planlar qurmadıqlarını bildirir: "Azərbaycanlı dostlarla içkisiz bir məkan seçəcəyik. Amma hələ bilmirəm hara olacaq. Düzü imtahanlara görə yeni il keçirməyə çox az vaxt ayira biləcəyəm”.




Şəhla Əbusəttar Yaman
Ankara 

Ann.az  
 






0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM