Azərbaycanlı Türkiyə aeroportunda polisi vurdu - VİDEO

17:19 | 25.02.2014
Azərbaycanlı Türkiyə aeroportunda polisi vurdu - VİDEO

Azərbaycanlı Türkiyə aeroportunda polisi vurdu - VİDEO

Azərbaycan vətəndaşı Türkiyənin İstanbul şəhərində yerləşən Atatürk Havalimanında dava salıb. ANS PRESS-in İhlas xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Bakıdan İstanbula gedərək oradan da digər ölkəyə gedən şəxs orada qalmaqal yaradıb.Adının çəkilmədiyi azərbaycanlı hava limanına düşərkən həddindən artıq sərxoş olub. O, sərxoş halda Atatürk Hava limanının əməkdaşına sual verib. Lakin aldığı cavab onu qane etməyib və başlayıb dalaşmağa. O, aeroport əməkdaşını söyüb və onu vurub.Hadisə yerinə gələn polis əməkdaşları çətinliklə də olsa onu sakitləşdirməyə çalışıblar. Lakin o, polislərə də müqavimət göstərib və polisin birini vurub.Həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Daha sonra onun barəsində heç bir məlumat verilməyib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb