İranda azərbaycanlı universitet müəllimi həbs edilib. APA-nın “Oyannews”a istinadən verdiyi məlumata görə, Mehdi Purbayramı 8 gün əvvəl tutulsa da xəbər yenicə yayılıb. İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Kəleybər şöbəsinin əməkdaşları azərbaycanlı müəllimi yanvarın 26-da ata evində həbs edərək naməlum yerə aparıblar. Onun bir sıra şəxsi əşyaları və kompüteri də müsadirə edilib. Hazırda azərbaycanlı müəllimin harada saxlanıldığı və nədə ittiham olunduğu ilə bağlı heç bir məlumat yoxdur. Ancaq onun “Facebook” sosial şəbəkəsindəki fəaliyyətlərindən dolayı həbs edildiyi ehtimal olunur. Qeyd edək ki, M.Purbayram ixtisasca mühəndis-mexanikdir və Kəleybər Vahid Azad Universitetində dərs deyir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !