Azərbaycanlı xanəndə yol qazasına düşdü.Milli.Az xəbər verir ki, ötən gün xanəndə Rövşən Əziz Mingəçevirdən Bakıya qayıdarkən ağır yol qəzasına düşüb. Məlumata görə, hadisə zamanı ölüm olmayıb, ancaq xanəndənin qolu sınıb. Bu barədə əməkdar artist Aybəniz Haşımova şəxsi səhifəsində yazıb:"Dünən axşam üstü birdən ürəyim yaman sıxıldı. Niyəsə özümdən biixtiyar Ayni balama (Aynişan) dedim ki, Ayni, gedək Rövşən dayıgilə. O isə dedi, nə oldu, mama, birdən? Dedim, bilmirəm, niyəsə ürəyim belə istədi.Doğrudan da, doğmaların başına bir şey gələndə adam hiss edir. Dünən dəyərli sənətkar, xanəndə Rövşən Əziz, Mingəçevirdən qayıdarkən ağır yol qəzasına uğrayıb, çox şükür ki, ölüm olmayıb. Amma Rövşənin qolu sınıb, bir tikə verdiyi ovsanaya düşüb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !