Azərbaycan və Almaniya birgə əlil arabası zavodu tikəcək.
"Report”un xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov məlumat verib.
O deyib ki, indiyə qədər əlillər üçün arabalar xaricdən alınırdı: "Bu isə maddi baxımdan baha başa gəlirdi. Əvvəlki illərdə alınan əlillər üçün arabalar Çin istehsalı olduğundan, keyfiyyətsiz idi. Daha keyfiyyətli və ucuz olması üçün Neftçala şəhərindəki sənaye məhəlləsində əlillər üçün araba zavodu tikiləcək”.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !