Beynəlxalq Valyuta Fondundan açıqlama
Beynəlxalq Valyuta Fondu (BVF) Qafqaz və Mərkəzi Asiya ölkələrində 2014 və 2015-ci illərdə ümumi daxili məhsul (ÜDM) istehsalı ilə bağlı apardığı qiymətləndirməni açıqlayıb. Nəticəyə görə bu ölkələrdə ÜDM həcmi 5,5% və 5,6% təşkil edəcək. Fondun ötən aydakı proqnozunda isə ÜDM artımının müvafiq olaraq 6,2% və 6,4% təşkil edəcəyi açıqlanmışdı.ANN.Az ANS PRESS-ə istinadən bildirir ki, Fondun ekspertləri ÜDM-də iqtisadi fəallığın zəifləməsini regionda gedən gərginliklə, həmçinin bu ölkələrin iqtisadiyyatında mühüm rol oynayan Rusiyadakı vəziyyətlə əlaqələndiriblər.BVF mütəxəssislərinin fikrincə, neft ixracatçısı olan ölkələr - Azərbaycan, Qazaxıstan, Türkmənistan və Özbəkistanda iqtisadi artım 2014 və 2015-ci ildə 5,6% və 5,7%, amma idxalçı ölkələr - Ermənistan, Gürcüstan, Qırğızıstan və Tacikistanda isə 4,6% və 4,9% azalma qeydə alınacaq.Fondun Yaxın Şərq və Mərkəzi Asiya ölkələri üzrə Departamentin direktor müavini Yuxa Kyaxkenen Almatıda deyib ki, neftin qiyməti indiki səviyyədə qalarsa, bu, region ölkələrinin iqtisadiyyatına təsir göstərəcək. Əgər neft aşağı qiymətə düşərsə, bu, neft ixrac edən ölkələr üçün yox, neft idxal edən ölkələr üçün ciddi problem yaradacaq.ANN.Az