Sabah İstanbulda Azərbaycan, Rusiya, İran və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək.Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "Haber Global”a müsahibəsində deyib.
O, qeyd edib ki, toplantıda bir sıra regional məsələlər müzakirə olunacaq.
"Biz Azərbaycanla bir millət, iki dövlətik. Bir çox məsələdə isə bir dövlət kimi davranırıq. İqtisadiyyat və digər sahələrdə əməkdaşlığımız çox sıxdır", - deyə Fidan vurğulayıb.
Nazir əlavə edib ki, Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması regiona böyük fayda gətirəcək.Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu məsələ ilə bağlı mövqeyi aydındır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !