Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv oluna bilər

14:46 | 28.09.2015
Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv oluna bilər

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv oluna bilər

"Tərəflər Belqrad-Bakı aviareysinin açılmasına da müzakirə edib”

"Azərbaycan və Serbiya arasında vizasız gediş-gəliş mümkün ola bilər".
 
"APA-Economics"in məlumatına görə, bunu Serbiyanın baş nazirinin müavini, turizm, ticarət və telekommunikasiya naziri Rasim Lyayiç bildirib.
 
R. Lyayiç bildirib ki, bu məsələ bu gün Bakıda keçirilən Azərbaycan-Serbiya Hökumətlərarası Komissiyasının növbəti iclasında müzakirə olunub: "Əsas təkliflər iki ölkə arasında biznes tərəfdaşlığının qurulması, Azərbaycan və Serbiya arasında viza rejiminin ləğvi, Belqrad-Bakı birbaşa aviareysinin açılması və infrastrukturun yaxşılaşdırılması, gediş-gəlişin asanlaşdırılması üçün bir sıra vacib məsələlərlə bağlı olub".

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM