Milli Məclisin fevralın 3-də keçirilən iclasında Azərbaycanla Peru arasında diplomatik və xidməti, xüsusi pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında sazişi ratifikasıya edilib.
Sənəd barədə məlumat verən Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, bu pasportlara malik şəxslər vizasız olaraq qarşılıqlı səfərlər edə biləcəklər: "Viza rejimini heç vaxt inkişaf etməyən ölkə ilə aradan qaldırmırlar. Belə bir sazişin bağlanması Azərbaycanın inkişafının göstəricisidir".
Komitə sədrinin sözlərinə görə, həmin pasportlara malik şəxslər səfər etdikləri ölkədə 90 gündən artıq qala bilməzlər.
Trend
Bizi sosial şəbəkələrdə izləyin !