• $ 1.7
  • € 1.9875
  • ₽ 0.021063
  • ₺ 0.0395
  • £ 2.2958

Azərbaycanla Cənubi Koreya arasında birbaşa uçuşlar həyata keçiriləcək

Azərbaycanla Cənubi Koreya arasında birbaşa uçuşlar həyata keçiriləcək
26.11.2024 22:00
"Azərbaycan Hava Yolları” QSC (AZAL) gələn ilin may-iyul aylarında Cənubi Koreyanın paytaxtı Seula birbaşa uçuşlar həyata keçirəcək.Bu barədə Dövlət Turizm Agentliyinin məlumatında bildirilib.

Məlumata görə, agentlik yanında Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Cənubi Koreyanın paytaxtı Seulda Azərbaycanın turizm potensialının təbliğatı məqsədilə tədbir təşkil olunub.

Tədbirdə 2025-ci ilin mayından etibarən Seulla Bakı arasında həftədə bir dəfə olmaqla cümə günləri Cənubi Koreya tur operatorlarının təşkil edəcəyi birbaşa uçuşların anonsu verilib. 2025-ci ilin iyul ayının ortalarına kimi həyata keçirilməsi planlaşdırılan uçuşları AZAL yerinə yetirəcək.

Tədbirdə çıxış edən Azərbaycanın Cənubi Koreyadakı səfiri Ramin Həsənov birbaşa uçuşların iki ölkə arasında əlaqələrin inkişafına, qarşılıqlı tanıtıma və turist mübadiləsinə töhfə verəcəyini bildirib.

Şəbəkələşmə tədbirində Koreyanın turizm sənayesinin təmsilçiləri, media nümayəndələri və influenserlərlə yanaşı, Azərbaycanın aparıcı turizm şirkətlərinin nümayəndələri də iştirak ediblər.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda yaşayış binasında yanğın başlayıb
Cəmiyyət 00:44
Bakıda yaşayış binasında yanğın başlayıb
Sabah Yasamalda qaz olmayacaq
Cəmiyyət 22:30
Sabah Yasamalda qaz olmayacaq
Goranboyda avtomobil 79 yaşlı piyadanı vuraraq öldürüb
Cəmiyyət 21:13
Goranboyda avtomobil 79 yaşlı piyadanı vuraraq öldürüb
UNRWA yaxın həftələrdə Ankarada ofis açacaq
Cəmiyyət 20:51
UNRWA yaxın həftələrdə Ankarada ofis açacaq
Dumana görə sürət həddi yenidən endirilib
Cəmiyyət 19:51
Dumana görə sürət həddi yenidən endirilib
Şahin Bağırovdan yeni təyinat
Cəmiyyət 19:44
Şahin Bağırovdan yeni təyinat
Bakıda telefonu oğurlayıb mobil tətbiqə müdaxilə edən şəxs saxlanılıb
Cəmiyyət 18:19
Bakıda telefonu oğurlayıb mobil tətbiqə müdaxilə edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Cəmiyyət 17:03
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Xırdalanda avtomobilə qəsdən 11 min manatlıq ziyan vuran şəxs saxlanılıb
Cəmiyyət 17:01
Xırdalanda avtomobilə qəsdən 11 min manatlıq ziyan vuran şəxs saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol