Çexiya nümayəndə heyətinin bu ilin oktyabrında Azərbaycana səfər etməsi gözlənilir.
Çexiyanın iqtisadi əməkdaşlıq üzrə Palata senatorlarının nümayəndə heyəti bu ilin oktyabrında Azərbaycana səfər etməyi planlaşdırır.
"Report"un məlumatına görə, bunu Çexiyanın Bakıdakı səfiri Vitezslav Pivonka bildirib.
"Hazırda tərəflər səhiyyə sahəsində əməkdaşlıq haqqında memorandum imzalamağa hazırlaşırlar.
Sənəd, xüsusilə, hər iki ölkənin kurort zonalarının inkişafını nəzərdə tutur", - V.Pivonka vurğulayıb.
O, həmçinin əlavə edib ki, ali təhsil sahəsində əməkdaşlıq və tələbələrin mübadiləsi haqqında sənədin imzalanması üzrə iş gedir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !