• $ 1.7
  • € 1.9911
  • ₽ 0.021666
  • ₺ 0.0425
  • £ 2.3096

Azərbaycanla İordaniya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycanla İordaniya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə edilib
08.02.2024 20:31
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İordaniya Haşimilər Krallığının Nümayəndələr Palatasının birinci vitse-spikeri Əbdürrəhim Əl-Maayah və İordaniya Senatı sədrinin köməkçisi, İordaniya-Azərbaycan Qardaşlıq Komitəsinin rəhbəri Müflih Ər-Rəhimini qəbul edib.

Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Görüşdə Azərbaycan və İordaniya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq, Prezident seçkilərini müşahidə məsələləri, habelə regional inkişaflar müzakirə edilib.

İki ölkə liderləri arasında yüksək səviyyəli əlaqələrin, qarşılıqlı səfərlərin dinamikasında müşahidə olunan artımın əlaqələrin daha da inkişafına təkan verdiyi qeyd olunub.

Münasibətlərin daha da inkişaf etdirilməsində xüsusilə parlament diplomatiyasının əhəmiyyətli rolunun olduğu vurğulanıb.
Diplomatik münasibətlərin əsasının qoyulmasından keçən 30 ildən artıq müddətdə ölkələrimiz arasında siyasi, iqtisadi, ticarət, turizm, təhsil və s. sahələr üzrə faydalı ikitərəfli əməkdaşlığın, habelə regional və beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və s. çoxtərəfli platformalar çərçivəsində qarşılıqlı dostluq və həmrəyliyə əsaslanan dəstəyin nümayiş etdirilməsinin təqdirəlayiq olduğu diqqətə çatdırılıb. Əməkdaşlığın inkişaf perspektivlərinin müzakirəsi baxımından siyasi məsləhətləşmələr mexanizminin və Azərbaycan Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın əhəmiyyəti qeyd olunub.

Ceyhun Bayramov cari ildə ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı görülən təşkilati tədbirlər barədə qarşı tərəfə məlumat verib, bu olduqca əlamətdar tədbirin əməkdaşlığın inkişafı üçün əlavə imkan yaradacağına əminlik ifadə olunub.
Müqabil tərəf, növbədənkənar Prezident seçkilərinin uğurlu təşkili, habelə nəticələri ilə bağlı təbriklərini çatdırıb, ölkəmizə və xalqımıza davamlı inkişaf və rifah arzu edib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əliyev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirini qəbul edib
Siyasət 11:53
Əliyev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirini qəbul edib
"Yaşayış minimumu haqqında" qanunun tətbiqinə dair fərman imzalayıb
Siyasət 11:42
"Yaşayış minimumu haqqında" qanunun tətbiqinə dair fərman imzalayıb
Milli Onkologiya Mərkəzinə 650 min manat ayrılıb - SƏRƏNCAM
Siyasət 11:38
Milli Onkologiya Mərkəzinə 650 min manat ayrılıb - SƏRƏNCAM
Azərbaycan Prezidenti Monqolustan liderini milli bayram münasibətilə təbrik edib
Siyasət 11:06
Azərbaycan Prezidenti Monqolustan liderini milli bayram münasibətilə təbrik edib
Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik - ABŞ Dövlət Departamenti
Siyasət 00:05
Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik - ABŞ Dövlət Departamenti
Prezidentin BƏƏ-yə səfərindən görüntülər
Siyasət 22:51
Prezidentin BƏƏ-yə səfərindən görüntülər
İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
Siyasət 21:27
İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib
Siyasət 21:10
Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib
Əli Əsədov Pakistanın federal hüquq və ədliyyə naziri ilə görüşüb
Siyasət 18:10
Əli Əsədov Pakistanın federal hüquq və ədliyyə naziri ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol