Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 20% artıb

21:59 | 08.12.2023
Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 20% artıb

Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 20% artıb

Cari ilin yanvar-oktyabr aylarında Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin artımı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 20% təşkil edib.

"Report”un Rusiya bürosunun məlumatına görə, bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçukla Moskvada Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşündə bildirilib.

Söhbət zamanı tərəflər ölkələr arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın gündəliyində duran ikitərəfli ticarət-iqtisadi əməkdaşlığın aktual məsələlərini müzakirə ediblər.

Tərəflər həmçinin ticarətin inkişafının müsbət dinamikasını vurğulayaraq, ikitərəfli əməkdaşlığın səmərəliliyini təsdiqləyib və əməkdaşlığın bütün sahələrində Rusiya-Azərbaycan əlaqələrinin möhkəmləndirilməsinə yönəlmiş konstruktiv dialoqu davam etdirməyə hazır olduqlarını təsdiqləyiblər.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM