Azərbaycanla Serbiya arasında birbaşa uçuşların açılması gözlənilir

12:10 | 25.07.2024
Azərbaycanla Serbiya arasında birbaşa uçuşların açılması gözlənilir

Azərbaycanla Serbiya arasında birbaşa uçuşların açılması gözlənilir

2024-cü ilin sonuna kimi Azərbaycanla Serbiya arasında birbaşa uçuşların açılması məsələsinin müzakirəsi yekunlaşacaq. Bunu Serbiya Respublikasının xarici işlər naziri Nikola Selakoviç deyib.


"Azərbaycanla Serbiya arasında viza rejimi yoxdur. Bu yaxşı göstəricidir. Sadəcə birbaşa nəqliyyat xidmətləri mövcud deyil. Serbiyanın nəqliyyat naziri ilə bunu müzakirə etdik. İlin sonuna kimi birbaşa uçuşların mümkün olması üçün müzakirələrin yekunlaşması nəzərdə tutulur",- Serbiya Respublikasının xarici işlər naziri Nikola Selakoviç bildirib.


Nazir bildirib ki, Azərbaycandan Serbiyaya qaz nəql edilir və gələcəkdə Serbiya  qaz,ötürülməsində vasitəçi də ola bilər.
 
Gülnar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM