Azərbaycanla Serbiya arasında ticarət dövrüyəsi 5 dəfə artıb

12:23 | 25.07.2024
Azərbaycanla Serbiya arasında ticarət dövrüyəsi 5 dəfə artıb

Azərbaycanla Serbiya arasında ticarət dövrüyəsi 5 dəfə artıb

Azərbaycanla Serbiya arasında ötən illə müqayisədə ticarət dövrüyəsi 5 dəfə artıb. Bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.

"İki ölkə arasında ticarət dövrüyəsi ötən illə müqayisədə 5 dəfə artıb. Azərbaycana Serbiya tərəfindən 3,6 milyon dollar investisiya qoyulub. Serbiyaya isə Azərbaycan tərəfindən bu investiyasının həcmi 2,8 dollar təşkil edib. Hazırda Serbiyanın Azərbaycanda 4 aktiv şirkəti fəaliyyət göstərir",- nazir müavini iyulun 25-də Serbiya Respublikasının mədəniyyət naziri, Hökumətlərarası Komissiyanın Serbiya tərəfindən həmsədri Nikola Selakoviçlə birgə keçirilən brifinq zamanı deyib.
 
Gülnar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM