Azərbaycanla Türkiyə 20-yə yaxın ölkəni əhatə edən birlik yaradır

10:10 | 28.01.2015
Azərbaycanla Türkiyə 20-yə yaxın ölkəni əhatə edən birlik yaradır

Azərbaycanla Türkiyə 20-yə yaxın ölkəni əhatə edən birlik yaradır

Azərbaycan və Türkiyə Avrasiya Enerji Birliyi yaratmaq niyyətindədir.

"APA-Economics"in Türkiyənin "Yeni Şafak" nəşrinə istinadən verdiyi məlumata görə, yaradılacaq birliyin mərkəzi İstanbul şəhəri olacaq.
 
Yazıda bildirilir ki, 18 ölkəni əhatə edəcək təşkilata Azərbaycanla Türkiyə liderlik edəcək.
 
Məqalədə Beynəlxalq Enerji İqtisadiyyatı Birliyinin (IAEE) sədri Gürkan Kumbaroğlunun fikirlərinə də yer ayrılıb. Sədr bildirib ki, Azərbaycan və Türkiyə nəhəng enerji birliyi qurmağı qarşılarına məqsəd qoyub.
 
Bundan başqa, G. Kumbaroğlu bildirib ki, Azərbaycan Dövlət Neft Şirkətinin rəsmiləri ilə bir araya gəldiyi toplantıda regional layihənin qurulmasına dair razılıq əldə edilib.

 ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür