Azərbaycanlı aktrisa vəfat edib

11:43 | 28.08.2024
Azərbaycanlı aktrisa vəfat edib

Azərbaycanlı aktrisa vəfat edib

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktrisası Elmira Hüseynova vəfat edib. Bu barədə  teatrdan məlumat verilib.

Bildirilib ki, aktrisa uzun müddətdir, onkoloji xəstəlikdən əziyyət çəkirdi.

Aktrisa ilə vida mərasimi bu gün saat 12:30-da Təzə Pir məscidində keçiriləcək.

Elmira Əmbər qızı Hüseynova 8 noyabr 1952-ci ildə Bakı şəhərində anadan olub. Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrına 1970-ci ildə müsabiqə yolu ilə qəbul olub və ömrünün sonuna qədər orada çalışıb. İşlədiyi illərdə Yəməndə (1973), Daşkənd şəhərində (1979), Hindistanda (1980), İranda (1993) beynəlxalq qastrol səfərlərində iştirak edib.




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür