Azərbaycanlı aktyor koronavirusdan öldü - FOTO

11:23 | 21.07.2020
Azərbaycanlı aktyor koronavirusdan öldü - FOTO

Azərbaycanlı aktyor koronavirusdan öldü - FOTO

Azərbaycan teatr ictimaiyyətinə itki üz verib.

Bu barədə YUĞ Teatrının "Facebook” hesabında məlumat yerləşdirilib.

Qeyd edilib ki, YUĞ Teatrının keçmiş direktoru Cərayıl İsrafilov 69 yaşında vəfat edib.

O, 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu dram-kino aktyoru ixtisası üzrə bitirib. Kurs yoldaşları ilə birgə elə həmin il dekabrın 6-da açılışı olan Lənkəran Dram Teatrının truppasının ilk üzvlərindən olub. Bu teatrın səhnəsində müxtəlif maraqlı obrazlar yaradıb.

1991-2007-ci illərdə "YUĞ” Teatrının direktoru vəzifəsində çalışıb. C.İsrafilov professor İsrafil İsrafilovun və YUĞ Dövlət Teatrının aktyoru, Əməkdar artist Fərhad İsrafilovun qardaşıdır(publika)

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb