ASAN radionun aparıcısı, nitq təlimçisi Cəlalə Nəzəroğluya ağır itki üz verib.
Aparıcının atası dünyasını dəyişib. O, iki gün əvvəl sosial şəbəkədə atasının xəstəxanaya yerləşdirilməsi ilə bağlı paylaşım etmişdi:
"2 il əvvəl atam ağır halda Bakıya gətirilmişdi.
Müdaxilədən sonra yaddaşını yoxlamaq üçün həkimlər qardaş-bacılarımı göstərib kim olduqlarını soruşmuşdular. Tanımamışdı. Mənə gec demişdilər. Hövlnak çatıb palataya girdim. Məni görən kimi gülümsədi, titrəyən əlini mənə tərəf uzadıb sevinclə həkimlərə belə dedi: "Bu, mənim qızımdır!" Bu gün isə çata bilmədim. Komaya düşdü. Ona 30 ildir verməyə cəsarət edə bilmədiyim suallarım vardı. Verə bilmədim. Mən Baburdan sonra buna hazır deyiləm...".
biga.z
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !