Gözübağlı saç kəsən, saçı az olanlara xına vasitəsilə saç effekti verən, hətta saçı yandıraraq nizama salan 29 yaşlı bərbər Rəşad Məmmədov indi də şüşə qırığı ilə saç kəsdiyini deyir.
Anews.az "Xəzər Xəbər”ə istinadla məlumat verir ki, 5 ildir bərbər işləyən R.Məmmədov qayçı əvəzinə, şüşə qırıntısından istifadə etməyə başlayıb. Amma diqqət çəkən məqam budur ki, şüşə ilə işləmək qayçı ilə kəsməkdən daha ləng işdir.
Rəşad iddia edir ki, hələ çox yeniliklər edərək insanları təəccübləndirəcək.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !