Azərbaycanlı biznesmen şantajçını güllələyib

09:46 | 27.09.2018
Azərbaycanlı biznesmen şantajçını güllələyib

Azərbaycanlı biznesmen şantajçını güllələyib

Ukrayna məhkəməsi şantajçını onun silahından güllələyərək, özünü qoruyan azərbaycanlı iş adamı ilə bağlı qərar çıxarıb.

Qərara əsasən o, özünümüdafiə sərhədini aşdığına görə ictimai işlərə cəlb edilib.

Qanlı dava Novıy Melitopoldakı çoxmərtəbəli binanın həyətində baş verib. Hadisə günü səhər saatlarında iş adamına şəriki zəng edib və ondan zorla pul almaq istədiklərini bildirib. İş adamı kartof satışı işə məşğul olub. O, evinin qarşısında pul tələb edən şəxsi görüb. Bundan sonra tərəflər arasında dava düşüb. Şantajçı cibindəki "Makarov” tapançasını çıxarıb və onun ayağına atəş açıb.

Cinayətkarın əlindən silahı aldıqdan sonra iş adamı onun cibindən qumbara çıxardığını görüb. O, hər kəsi partlatmaqla hədələyib. Bunun qarşısını almaq üçün iş adamı şantajçının silahından onun ayağına beş dəfə atəş açıb.

Yaralılar xəstəxanaya aparılıb. Şantajçı orada keçinib. Onun ölümünə xəstəxanaya hadisədən üç saat sonra çatdırılması səbəb olub.

Şantajçının həyat yoldaşı məhkəmədə verdiyi ifadədə bildirib ki, o, hadisə günü əri və qardaşı ilə birlikdə bazarda olub. Bu zaman iki maşın yaxınlaşıb və orada olan səkkiz nəfər ərini döyüb. Onlardan biri silahdan ərinin ayağına atəş açıb. Ancaq hakimlər onun sözlərinin heç bir sübutunu tapmayıblar.

Şahidlərin sözlərinə görə, ölən şəxs özünü "şəhərin sahibi” hesab edib, həmişə silahla gəzib və azərbaycanlı satıcılardan pul tələb edib. Onlar qorxduqları üçün pulu verirdilər.

İttiham olunan şəxs əməlini etiraf edib. O bildirib ki, heç kimi öldürmək məqsədi olmayıb və yalnız özünü qoruyub. Məhkəmənin qərarı ilə o, 150 sutkalıq ictimai işlərə cəlb edilib. (Virtualaz.org)

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM