Cazmen, Azərbaycanın Əməkdar Artisti Şahin Növrəsli fevral ayında Fransada konsert proqramları ilə çıxış edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat elloramanagement.com saytında yer alıb. Şahin Növrəsli fevralın 2-də Parisdə "Grand Palais”də, fevralın 6-da Odeon Teatrında konsert proqramı ilə çıxış edəcək.
Şahin Növrəsli Azərbaycan muğamının melodiyaları ilə ənənəvi caz ritmlərini sintez edərək öz musiqisində Şərq və Qərb mədəniyyətlərini birləşdirir. O, Keni Viler, Uday Mazumdar, Alison Miler, Neytn Pek, Aleks Pek və başqa tanınmış musiqiçilərlə birlikdə çıxış edib, albomlar yazdırıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !