Rusiyanın Voloqda vilayətinin Çerepovets şəhərində yük lifti 12 metrlik yüksəklikdən yerə çırpılıb. Məlumata əsasən, liftdə olan 6 fəhlədən bəziləri Azərbaycan vətəndaşları olub.
ANN.Az virtualaz.org-a istinadən xəbər verir ki, ağır xəsarət alan fəhlələr xəstəxanaya çatdırılıb.
Fəhlələr liftlə metal lövhələri daşıyırmışlar. 47 yaşlı Familin onurğa sütunu sınıb. Faciədə o, özünü günahlandırır – texniki təhlükəsizlik qaydalarını pozub.
Qeyd olunur ki, lift insanları daşımaq üçün nəzərdə tutulmayıbmış.
Hüquq-mühafizə orqanları hadisənin təfərrüatlarını araşdırır.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !