Azərbaycanlı futbolçu ABŞ klubu ilə vidalaşıb

22:00 | 18.08.2021
Azərbaycanlı futbolçu ABŞ klubu ilə vidalaşıb

Azərbaycanlı futbolçu ABŞ klubu ilə vidalaşıb

Almaniyanın "Şalke" klubunun II komandasına keçən Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşov ABŞ-ın "Finiks Rayzinq" klubu ilə vidalaşıb.

30 yaşlı hücumçu bu barədə instaqram hesabından paylaşım edib.

Təcrübəli forvard Arizona təmsilçisində hər kəsə təşəkkür etdiyini yazıb: "Klubla və insanlarla keçirdiyim 2 il həqiqətən möhtəşəm idi. Məni qardaş kimi qarşıladınız. Bunu heç vaxt unutmayacağam. Bu təcrübəni yaşadığım üçün sizə minnətdaram. Mənim üçün etdiyiniz hər şeyi qiymətləndirirəm. Həyatımızın həmin anları heç vaxt yaddan çıxmayacaq. "Finiks Rayzinq"ə hər şeyin ən yaxşısını arzulayıram".

Qeyd edək ki, Rüfət Dadaşov Almaniyada "Kayzerslautern", "Saarbrükken", "Dinamo" (Berlin) və "Pröyssen" komandalarında da çıxış edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM