Azərbaycanlı futbolçu Gürcüstanda koronavirus testindən keçəcək

23:00 | 31.05.2020
Koronavirus pandemiyasına görə martda II turdan təxirə salınmış futbol üzrə Gürcüstan çempionatının bərpa tarixi açıqlanıb.

"Report"un yerli federasiyanın rəsmi saytına istinadən məlumatına görə, oyunlar iyunun 25-də qaldığı yerdən davam edəcək.

Çempionatın startından öncə yüksək liqa klublarının hamısı iki mərhələdə koronavirus testindən keçəcəklər. İlk etap qarşıdakı həftə baş tutacaq. 

Həmçinin çempionatın formatında da dəyişiklik edilib. Yarış 4 deyil, 2 dövrədən ibarət olacaq. İlk mərhələdə qarşılaşmalar boş tribunalar önündə oynanılacaq.
Hələlik qərar yüksək liqaya şamil olunur. Digər liqalar, eyni zamanda, ölkə kuboku ilə bağlı qərar daha sonra qəbul olunacaq.

Qeyd edək ki, Azərbaycanda "Simurq", "Neftçi", AZAL, "Zirə", "Kəpəz" və "Sumqayıt" klublarının formasını geyinmiş Nicat Qurbanov ötən ilin yayından "Samtredia"da çıxış edir.

www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM